Yuxarı

Ötən ay evinin damından yıxılan Gəncə sakini xəstəxanada ölüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 13 iyun. REPORT.AZ/ Gəncədə evinin damından yıxılan şəxs ölüb.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə mayın 27-də Nizami (Gəncə) rayonunun Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yaşayan Musa Abbasov evinin damında iş görərkən yıxılıb. Xəstəxanaya yerləşdirilən M.Abbasov iyunun 11-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi