Ötən ay Azərbaycanda qanunsuz yaşayan 452 miqrant saxlanılıb

Ötən ay Azərbaycanda qanunsuz yaşayan 452 miqrant saxlanılıb Bakı. 11 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb.
Hadisə
11 Fevral , 2019 13:52
Ötən ay Azərbaycanda qanunsuz yaşayan 452 miqrant saxlanılıb
migration.gov.az
0 : 00
0 : 00

Bakı. 11 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb. 

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, onlardan 6 nəfər Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təşkil olunan tədbirlər zamanı müəyyən edilib.

Saxlanılan 53 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 14 nəfəin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 452 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanıan əcnəbilərdən 438 nəfər barəsində inzibati qərarlar verilib. Digər 14 əcnəbinin Azərbaycanın hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Səid Qərib

Son xəbərlər

Orphus sistemi