Ötən ay Azərbaycanda 9 nəfər minaya düşüb, 4 nəfər ölüb

Ötən ay Azərbaycanda 9 nəfər minaya düşüb, 4 nəfər ölüb 2021-ci ilin iyun ayında Azərbaycanda 3 mina partlayışı zamanı 8 mülki şəxsin və 1 hərbçinin mina qurbanı olduğunu qeydə alınıb.
Hadisə
2 İyul , 2021 12:07
Ötən ay Azərbaycanda 9 nəfər minaya düşüb, 4 nəfər ölüb

2021-ci ilin iyun ayında Azərbaycanda 3 mina partlayışı zamanı 8 mülki şəxsin və 1 hərbçinin mina qurbanı olduğunu qeydə alınıb.

Bu barədə “Report”a Minalar Əleyhinə Azərbaycan Kampaniyasından məlumat verilib.

Bildirilib ki, bu hadisələr nəticədə 4 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.

İyun ayında minalarla bağlı hadisələr Tovuz, Kəlbəcər və Ağdam rayonlarının ərazisində baş verib.

Son xəbərlər

Orphus sistemi