Yuxarı

Ötən ay Azərbaycan sərhədlərini pozan 28 nəfər saxlanılıb

Axtarışda olan 428 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) avqust ayında dövlət sərhədini pozduqları üçün 23 halda 28 nəfəri saxlayıb. Onların 19-u Azərbaycan, 2-si İran, 2-si Özbəkistan, 2-si Malaziya, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan və Qazaxıstan vətəndaşları olub. Bu barədə "Report"a DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 10 nəfər, Xəzər dənizində 20 halda 28 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları axtarışda olan 428 nəfəri aşkarlayaraq aidiyyəti orqanlara təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi