Azərbaycanın 6 vətəndaşı ötən ay Gürcüstanda sürücülük vəsiqəsi alıb

Azərbaycanın 6 vətəndaşı ötən ay Gürcüstanda sürücülük vəsiqəsi alıb Tbilisi. 25 fevral. REPORT.AZ/ Gürcüstanda ötən ay 6 Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.
Hadisə
25 Fevral , 2019 11:09
Azərbaycanın 6 vətəndaşı ötən ay Gürcüstanda sürücülük vəsiqəsi alıb

Tbilisi. 25 fevral. REPORT.AZ/ Gürcüstanda ötən ay 6 Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.

Yanvar ayında qonşu ölkədə, ümumilikdə, 2 876 nəfər sürücülük vəsiqəsi alıb ki, onların da 2 824-ü Gürcüstan vətəndaşıdır.

Hesabat dövründə Ermənistan, Almaniya, Misir, İndoneziya, İran, Kamerun, Rusiyanın 1 vətəndaşı, Türkiyənin isə 2 vətəndaşına Gürcüstanın sürücülük vəsiqəsi verilib.

Sürücülük vəsiqəsinin alınması üçün imtahanda iştirak edən şəxslərin ən kiçiyinin 17, ən böyüyünün isə 68 yaşı olub.

Qeyd edək ki, Gürcüstanda alınmış sürücülük vəsiqəsindən ölkə xaricində 6 ay müddətində istifadə etmək mümkündür. Etibarlılıq müddəti başa çatandan sonra sürücülük vəsiqəsinin sahibi sənədi dəyişdirməlidir. 

Son xəbərlər

Orphus sistemi