Ötən ay 200-dən çox Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Ötən ay 200-dən çox Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb Ötən ay 228 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb.
Hadisə
19 Aprel , 2019 13:26
Ötən ay 200-dən çox Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Ötən ay 228 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq statistik məlumatında bildirilib.

Fevral ayı ilə müqayisədə Gürcüstana girişinə icazə verilməyən Azərbaycan vətəndaşlarının sayı 87 nəfər artıb.

Mart ayında qonşu ölkəyə girişinə qadağa qoyulan əcnəbi vətəndaşların ümumi sayı 3 098 nəfər olub ki, onların da 58%-ni İran vətəndaşları (1 815 nəfər) təşkil edib. İllik müqayisədə Gürcüstana buraxılmayana əcnəbilərin sayında 1 620 nəfər artım qeydə alınıb.

Hesabat ayında Gürcüstana 404 Hindistan, 130 Türkiyə, 66 Türkmənistan, 62 Ermənistan, 61 Rusiya və digər xarici ölkə vətəndaşlarının girişinə icazə verilməyib. 

Son xəbərlər

Orphus sistemi