Ötən ay 1,437 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina aşkar edilib

Ötən ay 1,437 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina aşkar edilib Bakı. 5 mart. REPORT.AZ/ 2018-ci ilin fevral ayı ərzində 8,870,514 m2 (887.05 Ha) ərazi yoxlanılıb, 1,437 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,438 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Hadisə
5 Mart , 2018 18:40
Ötən ay 1,437 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina aşkar edilib

Bakı. 5 mart. REPORT.AZ/ 2018-ci ilin fevral ayı ərzində 8,870,514 m2 (887.05 Ha) ərazi yoxlanılıb, 1,437 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,438 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 513,640,781 m2 (51 364.07 Ha) ərazi təmizlənmiş və 792,609 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Fevral ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 9, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 12 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Şöbəsindən 1 (cəmi 22) müraciət daxil olub. Müraciətlər əsasında 14,425 m2 ərazi təmizlənmiş, 995 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 996 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Füzuli, Şəmkir, Tərtər və Xızı rayonlarında, həmçinin Gəncə, Sumqayıt və Bakı şəhərlərində həyata keçirilib.

Qeyd edək ki, bu ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi