Naxçıvanda 20 il əvvəl törədilən qəsdən adam öldürmə hadisəsi üzrə cinayət işi başlanılıb - YENİLƏNİB

Naxçıvanda 20 il əvvəl törədilən qəsdən adam öldürmə hadisəsi üzrə cinayət işi başlanılıb - YENİLƏNİB Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb.
Hadisə
11 May , 2023 13:06
Naxçıvanda 20 il əvvəl törədilən qəsdən adam öldürmə hadisəsi üzrə cinayət işi başlanılıb - YENİLƏNİB

Naxçıvanda 20 il əvvəl törədilən qəsdən adam öldürmə hadisəsi üzrə cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın DİN, eləcə də Ordubad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Ordubad rayonunun Xurs kəndində qeyri-aşkar şəraitdə qəsdən adam öldürmə cinayəti müəyyən edilib.

Aparılan araşdırmalarla Ordubad rayonunun Xurs kənd sakini, 1967-ci il təvəllüdlü Elman Tarverdiyevin 2003-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Məlahət Tarverdiyeva qəsdən öldürərək yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən olunub.

Meyit basdırıldığı yerdən qazılaraq çıxarılıb və ekspertiza təyin edilərək müayinəsi aparılıb.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb.

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

12.34

Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının (MR) DİN və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonunun Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.

E.Tarverdiyev tutularaq istintaqa təhvil verilib.

"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi