Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
Başçəkmənin məqsədi saxlanılma şəraiti, rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması olub.
İHOSM-də saxlanılan 33 şəxslə, o cümlədən vəkil Elçin Namazovla görüş keçirilib, saxlanılma şəraiti və onlara qarşı rəftar araşdırılıb, hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib. Həmin şəxslər müəssisədəki saxlanılma şəraiti, rəftar və qidaların keyfiyyəti ilə bağlı narazılıq etməyib, ailə üzvləri ilə əlaqə saxladıqlarını bildiriblər.
Hazırda İHOSM-də bütün kameralarda televizorların quraşdırıldığı, saxlanılan şəxslərin yaxınları ilə görüşməsi və telefonla danışması üçün şəraitin yaradıldığı müəyyən edilib.