​Ombudsman cəzaçəkmə müəssisəsindəki yoxlama ilə bağlı Penitensiar Xidmətə müraciət edib

​Ombudsman cəzaçəkmə müəssisəsindəki yoxlama ilə bağlı Penitensiar Xidmətə müraciət edib Milli Preventiv Qrupun üzvləri 8 saylı CM-ə başçəkmə həyata keçiriblər
Hadisə
1 İyun , 2015 16:07
​Ombudsman cəzaçəkmə müəssisəsindəki yoxlama ilə bağlı Penitensiar Xidmətə müraciət edib

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Bu barədə “Report”a Ombudsman Aparatından məlumat verilib.

Başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, məhkumların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb və müraciətləri yerində araşdırılıb.

Məhkumlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, onlara qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Habelə CÇM-in yenidən qurulan və tikilməkdə olan tibb-sanitar hissəsinə və digər obyektlərinə baxışlar keçirilib, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi