Ombudsman azyaşlı qızın fiziki zorakılığa məruz qalmasını nəzarətə götürüb

Ombudsman azyaşlı qızın fiziki zorakılığa məruz qalmasını nəzarətə götürüb Sumqayıt şəhərində azyaşlı qızın fiziki zorakılığa məruz qalması iddiası ilə bağlı araşdırma aparılıb
Hadisə
9 Sentyabr , 2020 20:39
Ombudsman azyaşlı qızın fiziki zorakılığa məruz qalmasını nəzarətə götürüb

Sumqayıt şəhərində azyaşlı qızın fiziki zorakılığa məruz qalması iddiası ilə bağlı araşdırma aparılıb. 

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.  

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə 9 sentyabr 2020-ci il tarixində bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə azyaşlı uşağın ögey atası tərəfindən fiziki zorakılığa məruz qalması barədə yayılmış məlumatların yerində araşdırılması məqsədi ilə Ombudsman Aparatının əməkdaşları Sumqayıt şəhərində olublar.

Araşdırma çərçivəsində Ombudsmanın nümayəndələri, o cümlədən ixtisasca psixoloq olan əməkdaş tərəfindən həmin ailə ilə görüş keçirilib, anasının iştirakı ilə azyaşlı qızla, habelə uşağın valideynləri ilə fərdi qaydada söhbətlər aparılıb. Mövcud vəziyyətdə valideyn və uşağın hüquq və vəzifələri barədə onlara hüquqi məsləhət verilib, uşağın hüquq və mənafelərinin təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Məsələ Ombudsmanın nəzarətindədir.

Son xəbərlər

Orphus sistemi