Ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücünün məhkəməsi başlayır

Ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücünün məhkəməsi başlayır Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ruslan Əliyevin ibtidai istintaqı başa çatıb.
Hadisə
15 Avqust , 2019 17:44
Ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ruslan Əliyevin ibtidai istintaqı başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Samir Məmmədovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Hadisə bu il mayın 12-də paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib. 1986-cı il təvəllüdlü Əliyev Ruslan Sirac oğlunun etibarnaməsiz idarə etdiyi “Lifan” markalı, 99-HJ-019 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Əhmədov Nazim Xanlar oğlunu vuraraq ölümünə səbəb olub.

Hadisə yerindən qaçan sürücü barəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin Ruslan Əliyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi