Ölümə səbəb olan 21 yaşlı sürücünün məhkəməsi başlayır

Ölümə səbəb olan 21 yaşlı sürücünün məhkəməsi başlayır Bakıda ölümlə nitəcələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vidadi Nəciyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
30 Dekabr , 2019 16:20
Ölümə səbəb olan 21 yaşlı sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nitəcələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vidadi Nəciyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Mehriban Qarayevanın icraatında olan iş üzrə hazırlıq iclası 2020-ci il yanvarın 9-da keçiriləcək.

Qeyd edək ki, hadisə bu il sentyabrın 24-də saat 09:40 radələrində baş verib.

Paytaxt sakini, 21 yaşlı Vidadi Nəciyev idarə etdiyi "Mercedes-Benz” markalı avtomobillə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən Sabunçu rayonu Maştağa qəsəbəsinin Savalan yaşayış massivində, yol ayrıcında svetoforun qırmızı işığının tələbinə məhəl qoymayıb. O, hərəkətinə davam edərkən yolu keçən Sumqayıt şəhər sakini, 40 yaşlı Ziya Mirzəyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölüb.

V.Nəciyevə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ititham verilib. 

Son xəbərlər

Orphus sistemi