"Ölkədə pambıq əkini üçün lazım olan suvarma suyu tam hazır vəziyyətə gətirilib".
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, bunu Azərbaycan
Onun sözlərinə görə, bu il 100 min hektar ərazidə pambıq səpini üçün arat işləri aparılacaq: "Bu günə qədər 80 min hektar sahədə arat işləri aparılıb və bu ayın sonuna qədər daha 20 min hektar sahədə arat işləri başa çatacaq. Pambıq səpini üçün heç bir problem olmayacaq, lazım olan kanalların qazılması, təmizlənməsi, kollektorlarin saz vəziyyətdə gətirilməsi və boruların təmiri başa çatıb. Keçən ilin payızından bütün işlər planlı şəkildə həyata keçirilir. Pambıq intizamli və suya çox tələbatı olan bitkidir".
Ə.Əhmədzadə qeyd edib ki, əvvələr pambığın suvarılmasında bir sıra problemlər volub: "Pambıq əkini bəzi hallarda su olmayan ərazilərdə aparılırdı. Bu da məhsuldarlığa ciddi təsir edirdi. Son iki ildə pambıq əkini aparılan sahələr əvvəlcədən müəyyən edilir. Suvarılması üçün lazım olan tədbirlər həyata keçirilir".