Bakı. 9 yanvar. REPORT.AZ/ Ötən sutka ərzində Azərbaycanda baş verən yol qəzalarında 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Ümumilikdə 15 yol qəza hadisəsi baş verib. "Hadisələrin əksəriyyəti saat 19:00-a qədər olanlardır", - o bildirib.