Oğuzda avtomobillərin hərəkəti tam bərpa olunub - YENİLƏNİB

Oğuzda avtomobillərin hərəkəti tam bərpa olunub - YENİLƏNİB Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb, çox sayda nəqliyyat vasitəsi yolda qalıb.
Hadisə
10 Yanvar , 2023 12:03
Oğuzda avtomobillərin hərəkəti tam bərpa olunub - YENİLƏNİB

Oğuz şəhərində səhər saatlarında buz bağlayan yollar texnikalar vasitəsi ilə təmizlənib, hazırda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

Bu barədə "Report"un yerli bürosuna Oğuz Kommunal Müəssisələr Təsərrüfatı İstehsalat Birliyindən məlumat verilib.

Bildirlib ki, bu gün səhər saatlarında etibarən müəssisənin qar təmizləyən texnikaları Heydər Əliyev prospektini buz qatından təmizləyib.

Qeyd edilib ki, şəhərdaxili yollarda qurumun texnikaları və əməkdaşları tərəfindən qardan və buzdan təmizləmə işləri aparılır.

10.11

Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb, çox sayda nəqliyyat vasitəsi yolda qalıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hərəkət əsasən şəhərin Heydər Əliyev prospektində məhdudlaşıb.

Belə ki, gecə saatlarında temperaturun xeyli aşağı düşməsi yolların buz bağlamasına səbəb olub. Bu gün səhər saatlarından isə minik avtomobillərinin hərəkətində çətinliklər yaranıb.

Sürücülər isə "Report"un yerli bürosuna açıqlamalarında şəhərin daxili küçələrinin təmizlənmədiyindən sözügedən çətinliklə üzləşdiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi