Oğuzda yol qəzası nəticəsində qaz xətti və xəstəxanaya ziyan dəyib

Hadisə
  • 02 iyul, 2023
  • 11:10
Oğuzda yol qəzası nəticəsində qaz xətti və xəstəxanaya ziyan dəyib

Oğuz rayonunun Padar kəndində baş verən yol qəzası nəticəsində qaz xətti və xəstəxana binasına ziyan dəyib.

“Report”un şimal-qərb bürosu xəbər verir ki, qəza zamanı xəsarət alan olmasa da, qaz xətti ciddi zədələnib.

Nəticədə kəndin yarı hissəsinin sakinləri hazırda qazsız qalıb.

Qəza nəticəsində, həmçinin kənd xəstəxanasının giriş qapısına və hasarına da ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.