Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var

Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var Oğuz. 24 oktyabr. REPORT.AZ/ Oğuz rayonunda yol qəzası baş verib.
Hadisə
24 Oktyabr , 2018 15:48
Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var
Report
0 : 00
0 : 00

Oğuz. 24 oktyabr. REPORT.AZ/ Oğuz rayonunda yol qəzası baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Qax rayon sakini, 1987-ci il təvəllüdlü Səid Məhəmməd oğlu Qurbanov idarə etdiyi “VAZ-2107” markalı, 90 LZ 907 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə Qax rayon sakinləri - sürücünün azyaşlı övladı, 2011-ci il təvəllüdlü Elmira Səid qız Qurbanzadə, 1990-cı il təvəllüdlü Ruhiyə Qəzənfər qızı Mehdizadə, 1997-ci il təvəllüdlü Məryəm Azər qızı İmanova və 1995-ci il təvəllüdlü Mədinə Mənsur qızı Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrinin davam etdirilməsi üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi