Oğuzda yol qəzası baş verib, xəsarət alan var

Oğuzda yol qəzası baş verib, xəsarət alan var Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 Mart , 2020 12:41
Oğuzda yol qəzası baş verib, xəsarət alan var
Report

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza İsmayıllı-Qaraməryəm-Şəki yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İsmayıllı şəhər sakini, 1982-ci il təvəllüdlü Anar Əfrail oğlu Səfərov idarə etdiyi "Mercedes Benz" markalı yük maşını qarşısına çıxan iribuynuzlu camışı vurub. Avtomobil daha sonra yol kənarına aşıb. Nəticədə 38 yaşlı A.Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi