Oğuzda uşaq eyvandan yıxılaraq ağır xəsarət alıb

Oğuzda uşaq eyvandan yıxılaraq ağır xəsarət alıb Oğuz. 28 sentyabr. REPORT.AZ/ Oğuz rayonunda eyvandan yıxılan uşaq ağır xəsarət alıb.
Hadisə
28 Sentyabr , 2018 08:24
Oğuzda uşaq eyvandan yıxılaraq ağır xəsarət alıb

Oğuz. 28 sentyabr. REPORT.AZ/ Oğuz rayonunda eyvandan yıxılan uşaq ağır xəsarət alıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Kərimli kəndində baş verib.

2014-cü il təvəllüdlü yerli sakin Orucov Aqşin Oruc oğlu qapalı kəllə-beyin travması ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan “Report”a bildirilib ki, müayinə zamanı 4 yaşlı A.Orucovun yaşadığı evin eyvanından yıxılaraq xəsarət aldığı məlum olub. Ona lazımi tibbi yadımlar göstərilib, müalicəsi xəstəxananın uşaq şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi