Oğuzda tibbi maskadan istifadə etməyən 11 nəfər cərimələndi

Oğuzda tibbi maskadan istifadə etməyən 11 nəfər cərimələndi Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejim qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Hadisə
29 İyul , 2020 11:14
Oğuzda tibbi maskadan istifadə etməyən 11 nəfər cərimələndi

Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejim qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi, mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub.

Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən 11 şəxs  barəsində protokol tərtib edilərək, cərimələniblər.

Son xəbərlər

Orphus sistemi