Oğuzda taxıl sahəsi və meşədə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Oğuzda taxıl sahəsi və meşədə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisində taxıl sahəsi və meşə yanır.
Hadisə
25 İyun , 2021 21:18
Oğuzda taxıl sahəsi və meşədə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisində taxıl sahəsi və meşə yanğın söndürülüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ənd ərazisində 5 hektara yaxın biçilməmiş taxıl sahəsi yandıqdan sonra alov meşəyə keçib. Hadisə yerinə Oğuz rayonundakı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və xeyli sayda şəxsi heyəti cəlb olunub. Hadisə zamanı 1 hektar meşəlik və kolluq ərazinin yandığı məlum olub.

19:45

Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisində taxıl sahəsi və meşə yanır.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bir qədər əvvəl baş verib.

Belə ki, kənd ərazisində 5 hektara yaxın biçilməmiş taxıl sahəsi yandıqdan sonra alov meşəyə keçib. Hadisə yerinə Oğuz rayonundakı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və xeyli sayda şəxsi heyəti cəlb olunub.

Hazırda yanğın davam edir.

Son xəbərlər

Orphus sistemi