Oğuzda sel fəsadlara səbəb olub - YENİLƏNİB

Oğuzda sel fəsadlara səbəb olub - YENİLƏNİB Oğuz rayonunda yağan şiddətli yağış və Qalaçayı çayının daşması bir sıra fəsadlar yaradıb.
Hadisə
2229
24 İyul , 2020 21:50
Oğuzda sel fəsadlara səbəb olub - YENİLƏNİB

Video əlavə olunub

19:41

Oğuz rayonuna yağan şiddətli yağış və Qalaçay çayının daşması bir sıra fəsadlar yaradıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şiddətli yağış və kənd təsərrüfatı sahələrinin suvarılması üçün Dəymədərə kəndi yaxınlığından keçən Qalaçay çayından ayrılan qolun suyunun daşaraq kənd ərazisinə düşməsi yolları dağıdıb, həyətyanı sahələrə ciddi zərər yetirib.

Xüsusilə kəndin şimal hissəsində olan tərəvəzçilik, fındıqçılıq bağları su altında qalaraq dərin lil qatı ilə örtülüb.

Faktla əlaqədar Padar kənd icra nümayəndəliyi tərəfindən aidiyyəti qurumlara xəbər verilib. Dərhal əraziyə suvarma sistemləri idarəsinin texnikaları və canlı qüvvəsi gətirilərək təmizləmə işləri başlayıb.

Hazırda Qalaçayda sel təhlükəsinin qarşısının alınması üçün işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi