Oğuzda narkotik becərən şəxs saxlanılıb

Oğuzda narkotik becərən şəxs saxlanılıb Oğuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirilib.
Hadisə
185
11 Avqust , 2021 09:40
Oğuzda narkotik becərən şəxs saxlanılıb
0 : 00
0 : 00

Oğuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı İrakli Kumsiyev saxlanılıb.

Onun şəhər ərazisindəki yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb və qablaşdırılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitə istifadəçisi olduğunu və həmin çətənə bitkilərini bir müddət əvvəl becərərək xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi