Oğuzda meşədən ağac materialı oğurlayan şəxslər saxlanılıblar

Oğuzda meşədən ağac materialı oğurlayan şəxslər saxlanılıblar Bakı. 12 aprel. REPORT.AZ/ Oğuz rayonunda meşədən ağac materialı oğurlanıb.
Hadisə
12 Aprel , 2018 10:50
Oğuzda meşədən ağac materialı oğurlayan şəxslər saxlanılıblar

Bakı. 12 aprel. REPORT.AZ/ Oğuz rayonunda meşədən ağac materialı oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 9-da Oğuz rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri Taleh Məhərrəmov və Xəyal İmamverdiyev saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onlar ifadələrində mart ayının 18-də həmin ərazidən 1590 manat dəyərində 16 kub meşə materialını oğurlayıb, Şəkinin Oravan kəndi ərazisində satdıqlarını etiraf ediblər.

Son xəbərlər

Orphus sistemi