Oğuzda meşə yanğını söndürülüb - FOTO - YENİLƏNİB

Oğuzda meşə yanğını söndürülüb - FOTO - YENİLƏNİB Oğuz rayonunun Xaçmaz kəndində çaykənarı ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb.
Hadisə
21 iyun 2020 23:20
Oğuzda meşə yanğını söndürülüb - FOTO - YENİLƏNİB

Oğuz rayonunun Xaçmaz kəndində çaykənarı ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb. 

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd edilir ki, yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


22:39***20.06.2020

Oğuz rayonun dağlıq-meşəlik ərazisində yanğın başlayıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın hələ də davam edir.

Son xəbərlər

Orphus sistemi