Oğuzda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Hadisə
  • 25 iyul, 2019
  • 18:02
Oğuzda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Oğuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan 2 nəfər qadın - 1963-cü il təvəllüdlü Kəmalə Nəbiyeva və Cəmilə Babayeva, 3-ü azyaşlı uşaq - 2010-cu il təvəllüdlü Ceyhun Nəbizadə, 2009-cu il təvəllüdlü Rasim Nəbizadə və 2012-ci il təvəllüdlü İlkin Babazədə və "Ford"un sürücüsü İntiqam Əmiraslanov. 

Yaralılara ilkin tibbi yardım gösətrildikdən sonra xəstəxananın Travmatologiya və Reanimasiya şöbələrinə yerləşdiriliblər. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 19:23

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun, rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Ford Tranzit" markalı sərnişin mikroavtobusu eyni istiqamətdə hərəkət edən "Shagman" markalı yük avtomobilinə çırpılıb. 

Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Yaralılar "təcili yardım" avtomobilləri ilə Şəki və Oğuz Rayon Mərkəzi Xəstəxanalarına çatdırılıb.