Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO Oğuz rayonunda yol qəzası baş verib.
Hadisə
30 Avqust , 2022 18:10
Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO

Oğuz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "NİVA" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində ikincisi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə minik maşınında olan bir-neçə nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi