Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO Oğuz rayonunda yol qəzası baş verib.
Hadisə
2 Dekabr , 2019 12:28
Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Oğuz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bunlardan ikisinin - "Hyundai"in sürücüsü, 1961-ci il təvəllüdlü, Xankəndidə doğulmuş Eldar Ərşad oğlu Quliyev və "Niva"da olan Zaqatala rayon sakini, 1965-ci il təvəllüdlü Oruc Ramazan oğlu Məhərrəmovun şəxsiyyəti müəyyənləşib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi