Oğuzda gəmirici yerli sakinə xəsarət yetirib

Oğuzda gəmirici yerli sakinə xəsarət yetirib Bu gün axşam saatlarında Oğuz rayon Zərrab kənd sakini, 1977-ci il təvəllüdlü Bayramova Xəyalə Könül qızı barmağından aldığı xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Hadisə
26 May , 2019 23:55
Oğuzda gəmirici yerli sakinə xəsarət yetirib

Bu gün axşam saatlarında Oğuz rayon Zərrab kənd sakini, 1977-ci il təvəllüdlü Bayramova Xəyalə Könül qızı barmağından aldığı xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, müayinə zamanı ilansancma şübhəsi olduğundan, xəstə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Xəstəxananın Reanimasiya şöbəsində müayinə olunun X.Bayramovaya ilkin tibbi yardım göstərilib və məlum olub ki, onun sağ əl barmağını siçan dişləyib.

Son xəbərlər

Orphus sistemi