Oğuzda ev yanıb

Oğuzda ev yanıb Oğuz rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
12 İyun , 2021 20:24
Oğuzda ev yanıb

Oğuz rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Calut-1 qəsəbəsində, yerli sakin Rəşad Rüstəmova evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyinə baxmayaraq, ümumi sahəsi 50 kv/m olan ev yanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi