Oğuzda elektrik cərəyanı ustanı vuraraq öldürüb

Hadisə
  • 19 may, 2023
  • 17:20
Oğuzda elektrik cərəyanı ustanı vuraraq öldürüb

Oğuzda elektrik cərəyanı ustanı vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Bayan kənd sakini, 1987-ci il təvəllüdlü Şərif Məhəmməd oğlu Babayev Oğuz şəhərinin Gənclik yaşayış massivində usta kimi çalışdığı evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.