Oğuzda dayanacaqların alüminium hissələri oğurlanıb

Hadisə
  • 25 aprel, 2023
  • 10:14
Oğuzda dayanacaqların alüminium hissələri oğurlanıb

Oğuzun Muxas kəndində dayanacaqların alüminium hissələri oğurlanıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, kənd ərazisində olan üç dayanacaqdan, ümumilikdə, 43 ədəd alüminium konstruksiya kəsilərək aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un yerli bürosuna bildirib ki, qeyd olunan məsələ ilə bağlı Oğuz Rayon Polis Şöbəsinə rəsmi müraciət daxil olmayıb.

Onun sözlərinə görə, artıq məsələ nəzarətə götürülüb və kənd icra nümayəndəsi polis şöbəsinə dəvət olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

44 filmi