Oğuzda dağlıq ərazidə yanğın başlayıb

Oğuzda dağlıq ərazidə yanğın başlayıb Oğuzda dağlıq ərazidə yanğın başlayıb.
Hadisə
20 Avqust , 2021 20:21
Oğuzda dağlıq ərazidə yanğın başlayıb
0 : 00
0 : 00

Oğuzda dağlıq ərazidə yanğın başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yerli sakinlərin sözlərinə görə, yanğının baş verdiyi ərazi Nazar çayının sağ sahilidir.

Əlavə məlumat veriləcək

Son xəbərlər

Orphus sistemi