Oğuzda canavarlar 30 baş qoyunu parçalayıb

Oğuzda canavarlar 30 baş qoyunu parçalayıb Oğuz rayonunda canavarlar 30 baş qoyunu parçalayıb.
Hadisə
20 Mart , 2019 17:48
Oğuzda canavarlar 30 baş qoyunu parçalayıb

Oğuz rayonunda canavarlar 30 baş qoyunu parçalayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı "Azərbaycan 60" yaşayış məntəqəsində baş verib.

Belə ki, rayon sakini Elçin Tağıyevə məxsus fərdi yaşayış evinin həyətindəki tövlədə olan qoyunlara canavarlar hücum edib. Nəticədə qoyunlardan 20-si tələf olub, 10-u yaralanıb.

Oğuz rayon Baytarlıq idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və tələf olmuş qoyunların basdırıldığı yer dezinfeksiya olunub.

Son xəbərlər

Orphus sistemi