Oğuzda baş verən yol qəzasında Türkiyə vətəndaşı xəsarət alıb

Oğuzda baş verən yol qəzasında Türkiyə vətəndaşı xəsarət alıb Oğuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 Aprel , 2019 11:03
Oğuzda baş verən yol qəzasında Türkiyə vətəndaşı xəsarət alıb
Report
0 : 00
0 : 00

Oğuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının, rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, KF-093-FK Gürcüstan dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobillə, 20-BG-178 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil toqquşub.

Qəza zamanı hər iki sürücü xəsarət alıb.

Məlumata görə, "KİA" markalı avtomobilin sürücüsü Türkiyə Respublikasının vətəndaşıdır.

Hazırda hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi