Oğuzda avtomobil qəzası baş verib, sürücü xəsarət alıb

Oğuzda avtomobil qəzası baş verib, sürücü xəsarət alıb Oğuz rayonunda yol qəzası baş verib.
Hadisə
21 Yanvar , 2020 18:58
Oğuzda avtomobil qəzası baş verib, sürücü xəsarət alıb

Oğuz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Kənan Fazil oğlu Hüseynov idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə K.Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi