Oğuzda avtomobil kombayna çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO

Oğuzda avtomobil kombayna çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 İyun , 2021 20:42
Oğuzda avtomobil kombayna çırpılıb, sürücü ağır xəsarət alıb - FOTO

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili "NİVA" markalı kombayna çırpılıb. Nəticədə minik avtomobili yararsız vəziyyətə düşüb, sürücü, 1949-cu il təvəllüdlü Atlıyev Tapdıq Cəlal oğlu ağır bədən xəsarətlərı ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəiyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi