Oğuz rayonunda yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz şəhəri ərazisində qeydə alınıb.
"Naz Lifan" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.




