Oğuzda avtomobil aşıb, xəsarət alan var

Oğuzda avtomobil aşıb, xəsarət alan var Oğuz rayonunda yol qəzası baş verib.
Hadisə
12 Avqust , 2021 19:30
Oğuzda avtomobil aşıb, xəsarət alan var
0 : 00
0 : 00

Oğuz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı kolluq əraziyə aşıb. Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi