​Oğuzda avtomobil aşıb, bir nəfər xəsarət alıb - FOTO

​Oğuzda avtomobil aşıb, bir nəfər xəsarət alıb - FOTO Hadisə Bayan kəndi ərazisində baş verib
Hadisə
17 May , 2015 20:14
​Oğuzda avtomobil aşıb, bir nəfər xəsarət alıb - FOTO

Bakı. 17 may. REPORT.AZ/ Bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının Oğuz rayonu, Bayan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Oğuz istiqamətində hərəkətdə olan "90-MV-177" dövlət nömrə nişanlı "Hyundai- Santa-fe" markalı avtomobil sərt döngədə idarəetməni itirərək aşıb.

Avtomobil aşmazdan öncə yolun sağ tərəfindən keçən yeni çəkilmiş qaz xəttinə çırpılaraq borunu qırıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə sürücüdən başqa iki xanım sərnişin də olub. Onlardan biri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi