Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Hadisə
  • 30 avqust, 2022
  • 18:50
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Mollalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan biri Oğuz Rayon Mərkəzi Xəstəxanasına, digərinin vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.