Oğuzda avtomobil ağaca çırpılıb, sürücü ölüb - FOTO - YENİLƏNİB

Oğuzda avtomobil ağaca çırpılıb, sürücü ölüb - FOTO - YENİLƏNİB Oğuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən sürcünün şəxsiyyəti məlum olub.
Hadisə
26 May , 2019 08:08
Oğuzda avtomobil ağaca çırpılıb, sürücü ölüb - FOTO - YENİLƏNİB

Oğuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən sürcünün şəxsiyyəti məlum olub. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayon sakini Samir Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və maşın yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 07:12

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. İlkin məlumatalara görə, avtomobilin sürücüsü aldığı çox saylı xəsarətlərdən hadisə yerində ölüb. 



Samir adlı yerli sakin idarə etdiyi 

Son xəbərlər

Orphus sistemi