Oğuzda 60 nəfər zəhərlənib - YENİLƏNİB

Oğuzda 60 nəfər zəhərlənib - YENİLƏNİB Oğuz rayonunda zəhərlənən sakinlər xəstəxanaya müraciət edib.
Hadisə
23 İyul , 2021 15:55
Oğuzda 60 nəfər zəhərlənib - YENİLƏNİB
0 : 00
0 : 00

Oğuzda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

AQTA-dan "Report"a bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

14:07

Oğuz rayonunda zəhərlənən sakinlər xəstəxanaya müraciət edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarından etibarən bu gün səhərə qədər 60 nəfərə yaxın rayon sakini qusma, mədə-bağırsaq pozulması və hərarətlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Müraciət edənlərin hamısı Oğuz şəhər ərazisindən olub. Xəstəxanaya yerləşdirilənlərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri stabilləşən xəstələr evə buraxılıb.

Sakinlər arasında baş verən halsıqlığın nədən yaranması hələki bəlli deyil.

Son xəbərlər

Orphus sistemi