Oğuzda 5 yaşlı uşağı avtomobil vurub

Oğuzda 5 yaşlı uşağı avtomobil vurub Oğuz rayonunda 5 yaşlı uşağı avtomobil vurub.
Hadisə
5 Noyabr , 2019 17:33
Oğuzda 5 yaşlı uşağı avtomobil vurub

Oğuz rayonunda 5 yaşlı uşağı avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil Padar kəndinin sakini, 2014-cü il təvəllüdlü Rəşad Rüstəm oğlu Məzahirovu vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağın vəziyyəti ağır olduğundan daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi