Oğuzda avtomobil aşıb, xəsarət alanlar var

Oğuzda avtomobil aşıb, xəsarət alanlar var Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
9 Dekabr , 2023 18:42
Oğuzda avtomobil aşıb, xəsarət alanlar var

Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Kərimli-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki nəfər, Sadiq İsmayıl oğlu Əhmədov və Ruslan Qənimət oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi