Oğuzda meşə ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Oğuzda meşə ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB Yanğın bu gün günorta saatlarında baş verib
Hadisə
5 Aprel , 2021 18:00
Oğuzda meşə ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Oğuz rayonunda meşə ərazisində başlayan yanğın söndürülüb

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın nəticəsində Xaçmaz Bələdiyyəsi ilə Meşə Mühafizəsinin sərhədində 0,6 hektar quru ot, kol-kos və yatar ağaclar yanaraq məhv olub.

Yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb.

17:24

Oğuz rayonunun meşəlik ərazisində yanğın başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün günorta saatlarında rayonun Xaçmaz və Mollalı kəndləri yaxınlığında, dağətəyi ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın hələ də davam edir.

Son xəbərlər

Orphus sistemi