Yuxarı
    Bağlamaq

    Oğuz meşəsində və Şahdağ Milli Parkında baş verən yanğın söndürülüb - RƏSMİ

    Meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub© Report.az

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Oğuz meşəsində və Şahdağ Milli Parkında baş verən yanğın söndürülüb.

    "Report" xəbər verir ki, məlumatı FHN-in rəsmi saytı yayıb. 

    Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş verən yanğın nəticəsində 120 ha meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 ha sahədə kol-kos və quru ağaclar yanıb.

    Meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın sentyabrın 5-də saat 09:00-da söndürülüb. Yanğının söndürülməsi işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi