Oğuz. 24 avqust. REPORT.AZ / Böyük Qafqaz sıra dağlarının Oğuz rayonu ərazisindəki meşələrdə yanğın hadisəsi baş verib.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, rayonun Xaçmaz kəndinin Türgan adlanan ərazisində və Xalxal-Qışlaq kəndinin Çülçup ərazisində meşə zolaqlarında yanğınlar qeydə alınır.
Rayon sakinlərinin verdiyi məlumata görə, hazırda yaxınlıqda yerləşən bir-neçə kəndə kül tökülür.
Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, indi yanğın olan ərazilərə yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub, yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.