Bakıda məhkəmə müstəntiq barəsində xüsusi qərardad çıxarıb

Bakıda məhkəmə müstəntiq barəsində xüsusi qərardad çıxarıb Hakim bildirib ki, cinayət işində ciddi pozuntular var
Hadisə
15 Sentyabr , 2017 10:54
Bakıda məhkəmə müstəntiq barəsində xüsusi qərardad çıxarıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və narkotikdə təqsirləndirilən Xəqani İsayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi ibtidai istintaqa qaytarılıb.

Məhkəmə işi aparan müstəntiqin barəsində xüsusi qərardad çıxarıb. Hakim bildirib ki, cinayət işində ciddi pozuntular var.

Qeyd edək ki, ittihama əsasən, X.İsayev özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməkdə, elektron məlumat daşıyıcısını istifadə edərək, yaşayış sahəsinə qanunsuz olaraq oğurluq edib. O, Nəsimi rayonunda Qasım Gülməmmədovun evindən 500 manat, Lalə Gülməmmədovaya məxsus plastik kartı oğurlayıb.

Daha sonra o, saxlanılarkən üzərindən narkotuk maddə aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi